Siyasi şərhçi: “Erməni tərəfi müəyyən dividentlər əldə etməyə çalışacaq” MÜNASİBƏT

Siyasi şərhçi: “Erməni tərəfi müəyyən dividentlər əldə etməyə çalışacaq” MÜNASİBƏT

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə fevral ayının 21-22 də Moskvaya səfəri başlanır. Düşünürəm ki, bu səfərdə əsasən Ermənistan-Rusiya münasibətləri ilə bərabər Dağliq Qarabağ münaqişəsinin həlli məsələsi də danışıqlar mövzusu olacaq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, səfərdə erməni tərəfi keçiriləcək parlament seçkiləri ilə bağlı müəyyən dividentlər əldə etməyə çalışacaq: "Bundan başqa Münhen təhlükəsizlik konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərinin nəticələri ilə bağlı Rusiyanın mövqeyi araşıdırılacaq. Yəqin ki, Ermənistan tərəfinə problemlə bağlı müvafiq tövsiyyələr və təlimatlar da veriləcəyi istisna deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə