Çex Respublikası Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu barədə SİA-ya Çexiyanın Bakıdakı səfirliyinin diplomatı Petr Vágner
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma rejimdə keçirilən "referenduma" münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qeyd edilən məsələ ilə bağlı Çexiyanın mövqeyi dəyişməzdir: "Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq, buna görə də orda keçirilən "referendumun" nəticələrini də tanımırıq".
O ki qaldı Ermənistan mətbuatının Avropa Parlamentinin üzvü, Çexiyadan olan deputat Yaromir Ştetinanın "referendumu" izləmək üçün Qarabağa səfər etməsinə, diplomat deyib ki, Ştetina Çexiya parlamentinin deyil, AP-nin deputatıdır: "Buna görə də bizim onun fəaliyyəti barədə heç bir məlumatımız yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB