PA və XİN Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil edəcək
Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevral tarixlərində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB