Xaçmazda yanğın olub

Xaçmaz rayonunun Uçgünqışlaq kəndində yanğın olub. SİA-nın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə