"Cinayətkarlar qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar"

"Cinayətkarlar qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar"

"Azərbaycan zaman-zaman öz ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Parlamentdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatında çıxış edərkən deyib.

Azərbaycanın beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndirmək,ölkəmizə qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması barədə məlumatlandırmaq yönündə müəyyən işlər gördüyünü deyən sədr müavini qeyd edib ki, ancaq bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. "Dünya vaxtında bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət Ümummilli lider hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Cinayətkarlar bəlli olsa da, qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar".

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən 4 qətnamənin qəbul olunduğunu xatırladan B. Muradova qeyd edib ki, bütün bunlara baxmayaraq buna əməl edilmir: "Hesab edirəm ki, problem Azərbaycanın yürütüdüyü müstəqil siyasət nəticəsindən öz həllini tapacaq, ermənistanən işğalçılıq siyasətinə son qoyulacaq. Ermənilərin işğalçılıq siyasəti onların mühakimə olunması ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Lakin beynəlxalq hüququn qeyri-obyektiv münasibəti onların indiyədək cəzalandırılmamasına səbəb olub. Azərbaycan Prezidentinin bununla bağlı tapşırıqları var və Milli Məclisdə öz növbəsində ölkə başçısının həyata keçirdiyi siyasətə dəstəyini göstərir. Bilirisiniz ki, Milli Məclisi bütün məsələlərlə bağlı dövlət strukturları ilə işini qurur və edilən təkliflər parlamentin fəaliyyətində nəzərə alınır. Biz vətəndaş cəmiyyətindən gələn təkliflərin dəstəklənməsində öz dəstəyimiz bildiririk. Onlardan da biri bu gün keçirilən tədbirdir. Bilirsiniz ki. bu günkü tədbir Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbir layihə çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinə həsr olunub. Qanun layhəsinin hazırlanmasında ekspertlər, hüquqşünaslar beynəlxalq vəziyyəti öyrənib. Rəsmi mətbuat və digər mətbuatda məqalələr çap olunub, çıxışlar edilib. Bütün işlərin nəticəsində Milli Məclisin hüquqşünasları belə bir qanun layihəsi üzərində iş aparıb bu gün həmin layihə geniş şəkildə təqdim olunacaq. Hesab edirəm ki, belə bir qanuna ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə