"Azərbaycan "Metsamor" AES-lə bağlı vəziyyətdən narahatdır". SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib. Nazir bildirib ki, bu məsələ Azərbaycanı hər zaman narahat edir: "Bu stansiya tamamilə köhnəlib və artıq "Çernobl variantı"dır. Xoşbəxtlikdən "Rosatom" hansısa əlavə vəsaitlər verir. Lakin ümumilikdə "Metsamor" AES istifadəyə yararlılıq müddəti keçmiş elektrik stansiyasıdır. Əgər nəsə baş versə, bundan tək Ermənistan deyil, hər kəs zərər çəkəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB