"Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını müsbət qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bunu rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılaraq dövlətlərarası axtarış elan edildiyini xatırladan politoloqun sözlərinə görə, Lapşinin ekstradisiyası o deməkdir ki, bunun üçün ölkəniz tərəfindən kifayət qədər hüququ əsaslar ortaya qoyulub: "Belə olan halda, Lapşinin cinayət məsuliyyətinə cəlb edilməsində qeyri-adi heç nə yoxdur. Onun günahkar olduğu hüquqi əsaslarla müəyyən edilib. Azərbaycan bu əsaslar nəticəsində insanın günahkar olduğunu obyektiv şəkildə sübut etmiş oldu. Çünki, Avropanın hüquq sistemində bunu sübut etmək çox çətindir".
Rusiyalı politoloq vurğulayıb ki, Lapşin etdiyi hərəkətin qanunsuz olduğunu və onun hansı nəticələrə gətirib çıxaracağını bilirdi: "Çünki, Lapşin özü sosial şəbəkələrdə cinayət etdiyini və bununla qürur duyduğunu etiraf etmişdi. O, cinayətkardır. Cinayətkar qanun qarşısında cavab verməlidir".
Rusiyanın Dilqəm Əsgərovla məsələyə Lapşin qədər diqqət etməməsi ilə bağlı sualı cavablandıran O. Kuznetsov Rusiya Xarici İşlər Nazirliyinin blogger Aleksandr Lapşinin məsələsində ikili standartlara yol verdiyini açıqlayıb: "Rusiya XİN ona görə ikili standartlara yol verir ki, onlar Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun ermənilər tərəfdən saxlanılması məsələsini qaldırmır. Belarus Ədliyyə Nazirliyi isə borcunu vicdanla yerinə yetirərək Rusiya XİN-ə ölkə vətəndaşlarını qorumaqla bağlı konstitusion vəzifəsini xatırladıb. Lapşinin məsələsinə baxılarkən həm də Dilqəm Əsgərovun məsələsinə baxmaq lazımdır".
Bununla yanaşı, politoloq bu məsələni siyasiləşdirmək və Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamaq cəhdini də qeyd edib: "O, işğal olunmuş ərazilərə səfər etdiyi üçün adı "qara siyahı"da olan və cəza çəkəcək ilk əcnəbi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB