YAP-ın rayon təşkilatları hesabat-seçki yığıncaqları keçirir FOTOLAR

YAP-ın rayon təşkilatları hesabat-seçki yığıncaqları keçirir FOTOLAR

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Belə növbəti tədbirlərdən biri də YAP rayon təşkilatı Pərvanlı kənd ərazi ilk partiya təşkilatında keçirilib.

Gündəlikdə duran 3 məsələnin müzakirə edildiyi yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Kəmalə Əliyeva hesabat məruzəsi ilə çıxış edib.

YAP Zərdab rayon təşkilatının şura üzvü Şahnaz Mustafayeva və yığıncaqda iştirak edən partiya fəalları ərazi ilk partiya təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncağında Zərdab rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın dövlətin, ölkənin həyatındakı əvəzsiz rolundan, 25 illik müstəqillik tariximizdə həyata keçirdiyi işlərdən və bu işlərin önəmindən bəhs edib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatının Pərvanlı kənd ərazi ilk partiya təşkilatının sədr və müavini, həmçinin, YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

XAÇMAZ

YAP Xaçmaz rayon təşkilatı Dədəli ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı ərazi ilk partiya təşkilatının sədri Abdulla Didarov açaraq, hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Yığıncaqda partiya üzvlərindən Yaqubov Abdulrəhim, İbrahimov Fəqan, Quliyev Mahir, Buliyeva Rəhilə, Abuzərov Nəsib, 94 yaşlı veteran Şahbazov Mövlud çıxış edərək, ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək, təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif ediblər.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev yığıncaqda çıxış edərək, partiyanın yarandığı tarixdən hal-hazırkı dövrə qədər keçdiyi yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və partiyanın inkişafındakı xidmətlərindən, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin inkişafındakı xüsusi xidmətlərindən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından və digər məsələlərdən danışıb.

Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Abdulla Didarov yenidən ərazi ilk partiya təşkilatının sədri, eyni zamanda, idarə heyəti və rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

XXXX

YAP Xaçmaz rayon təşkilatının Çinartala ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Elçin Ağaşirinov hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaqda Mahmud Behbudov, Anar Ağayev, Ağalar Muradov və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov çıxış edərək ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin son illər çox böyük uğurlar qazandığını, ölkəmizin iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirib.

Sonda Elçin Ağaşirinov yenidən Çinartala ərazi ilk partiya təşkilatının sədri, həmçinin, rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

Daşkəsən

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Daşkəsən rayon icra hakimiyyəti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Malik Ələsgərov konfranslararası dövrdəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edib.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat-seçki yığıncağında həm ilk partiya təşkilatının, həm də son illərdə rayonda görülən işlərlə bağlı geniş çıxış edərək bildirib ki, ölkəmizin hər yerində geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür: "17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər bu gün də sevinc hissi ilə xatırlayırlar. Səfər çərçivəsində Prezident şəhərin mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yenidən qurulmuş Heydər Əliyev Mərkəzində olmuş, Daşkəsən rayon icra hakimiyyətinin yeni tikilmiş inzibati binasının, yeni avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak etmişdir. Bu gün Daşkəsən inkişaf və tərəqqi dövrünü yaşayır. "Yeni Daşkəsən" layihəsi rayonun yüksəlişindən və Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Hər bir daşkəsənli əldə edilən nailiyyətlərə və görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirir".

Hesabat-seçki yığıncağında çıxış edənlər ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Daşkəsən rayon təşkilatının X konfransına nümayəndələr seçilib.

Binəqədi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində rayon təşkilatının Binəqədi rayonu, Naxçıvani küçəsi 38 a ünvanlı (276 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Bəhram Şiriyev hesabat məruzəsi ilə çıxış edib.

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Məhluqə Əhmədova, əməkdar müəllim Elxan Quliyev, rayon gənclər birliyinin sədri Dilrubə Kərimova hesabatı qənaətbəxş hesab edərək, təkliflərini irəli sürüblər.

İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib, Bəhram Şiriyev yenidən sədr, Validə Məcidova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.

İclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edib. R.Göyüşov ərazi ilk partiya təşkilatının yeni seçilmiş idarə heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə və partiya üzvlərinə tövsiyələrini verərək, işlərində uğurlar arzulayıb.

Qobustan

YAP Qobustan rayon təşkilatı Telekomunikasia Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Gözəl Rüstəmova hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb. O, qeyd edib ki, illik tədbirlər planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib və ilk partiya təşkilatının sıraları xeyli möhkəmlənibdir.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev çıxış edərək, bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Qobustan rayonunda da Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir. F.Gülalıyev bildirib ki, partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon partiya təşkilatı öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışır.

Hesabat-seçki yığıncağında çıxış edən YAP üzvlərindən Bəhruz Aslanov, Amil Həsənov, Rza Quliyev və digərləri çıxış edərək, ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaq iştirakçıları Gözəl Rüstəmovanın yenidən yekdilliklə Telekomunikasiya Qovşağı ərazi ilk partiya təşkilatına sədr, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 3 nəfər nümayəndə seçiblər.

Biləsuvar

Biləsuvar rayonunun YAP Biləsuvar rayon təşkilatı 40 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 40 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Əliyev Vüqar Allahşükür oğlu hesabat məruzəsi ilə çıxış etdi. Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası günü-gündən inkişaf edir. Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Lətafət Quliyeva, Rövşən Əzizov, İradə Məmmədova və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat-seçki yığıncağında idarə heyətinin üzvü Qabil Xammədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzundan və respublikada apardığı böyük əhəmiyyətli ictimai-siyasi işlərdən danışdı. Əliyev Vüqar Allahşükür oğlu yenidən 40 saylı şəhər ərazi ilk partiya təşkilatına sədr seçildi. Eyni zamanda, təşkilatın sədr müavini, idarə heyətinin üzvüləri və YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə