Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anma mərasimi keçirilib. Hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edirək önünə gül dəstələri qoyublar. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.
Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib. Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb. Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB