İsrail Knesseti Fələstin torpaqlarını öz xeyrinə leqallaşdırdı GƏRGİNLİK
İsrail Parlamenti İordan çayının Qərbində zəbt olunmuş yaşayış yerlərinin leqallaşdırılmasını təsdiq edən qanun qəbul edib. SİA xəbər verir ki, bu barədə "Associated Press" yazır.
"Biz bu gün bu torpaqladra haqqımızın olmasına səs verdik"-deyə Knessetin düputatı Ofir Akunis qızğın debatlar zamanı bildirib. Akinis qeyd edib ki, onlar ümumiyyətlə, yəhudi xalqı ilə bu xalqa məxsus torpaqların bağlılığına səs veriblər: "Bütün bu torpaqlar bütövlükdə bizimdir".
Qanunun səsə qoyulması zamanı 60 nəfər yəhudi deputat lehinə, 52-si isə əleyhinə səs verib.
Bu günə qədər isə rəsmi Tel-Əviv israillilərin fələstinlilərə məxsus torpaqlarda inşaat işləri aparmasını qeyri-qanuni hesab edirdi. Bundan sonra isə həmin torpaqlardakı yəhudi tikililərinin hər biri leqal hesab olunacaq. Eyni zamanda, israillillərə məxsus tikililərin dağıdılmasına da son qoyulacaq.
Qərb məətbuatı Knesset tərəfindən qanunun qəbul edilməsi Fələstin-İsrail münaqişəsinin yenidən qızışmasına səbəb olacağı barədə yazılar verməyə başlayıb. Qeyd olunur ki, baş verənlər sonda Haaqa Beynəlxalq cinayətlər Məhkəməsində də predmetə çevrilə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB