Müxalifətyönlü hüquq müdafiəçisi milli satqınlara səsləndi TƏHLİL

“Mətanət Əzizova: “O, “artsax”ın müstəqilliyi xəyalı ilə yaşayır və bunu gizlətmir”
Müxalifətyönlü hüquq müdafiəçisi milli satqınlara səsləndi TƏHLİL

Praqada mühacir həyatı yaşayan müxalifətyönlü hüquq müdafiəçisi Mətanət Əzizova dəstəklədiyi düşərgə təmsilçilərini bundan sonra keçirəcəkləri tədbirləri araşdırmağı tövsiyə edib. M.Əzizova xüsusilə Avroparlamentdə Azərbaycanla bağlı dinləmələrin hansı təşkilatçılar tərəfindən idarə olunmasında diqqətli olmağa çağırıb. Belə ki, ölkəmizlə bağlı dinləmələrin təşkilatçısı beynəlxalq aləmdə qondarma erməni soyqırımını tanıtmaq istiqamətində aşkar fəaliyyət göstərən, xüsusilə Azərbaycan və Türkiyə dövlətləri əleyhinə aqressiv çıxışları ilə yadda qalan çexiyalı deputat Yaromir Ştetinadır.

Mətanət Əzizova: "Sizi hər hansı bir tədbirə dəvət edirlərsə, baxın görün kimlərlə eyni masa arxasında oturacaqsınız"

"Bu adam azərbaycanlılara nifrət edir. O, "artsax"ın müstəqilliyi xəyalı ilə yaşayır və bunu gizlətmir. Mən fəallara üz tutub onlara səslənirəm: əgər sizi hər hansı bir tədbirə dəvət edirlərsə, baxın görün kimlərlə eyni masa arxasında oturacaqsınız".

Bu arada, Almaniyada fəaliyyət göstərən və qərbdəki erməni lobbisinin maliyyə qaynaqları vasitəsilə fəaliyyət göstərən "Meydan TV"nin rəhbəri Emin Milli Azərbaycanla bağlı dinləmələrdə məhz ermənipərəst çexiyalı deputat Yaromir Ştetinanın təşkilatçılığı ilə ölkəmizə, dövlətçilik maraqlarımıza qarşı növbəti təxribat planı hazırlanıb.

Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek, Jaromír Ştetina, Emin Milli və Xədicə İsmayıl...

Belə ki, Avropa Parlamentindəki dinləmə "Azərbaycan və Avropa Birliyi arasında münasibətlər: İnsan hüquqları qırmızı xalçanın altına salınır?" başlığı altında keçirilib. Avropalı ermənipərəst deputatlar və təşkilatçılar – Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek və Jaromír Ştetinanın qarşısında çıxış edən E.Milli bu dəfə də xəyanətkar davranışı ilə milli satqınlığını nümayiş etdirib. E.Milli ilə yanaşı, "Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda "hüquq müdafiəçisi" rolunda anti-Azərbaycan xarakterli fəaliyyət göstərən Xədicə İsmayıl da "skipe" – canlı görüntü vasitəsilə təxribatçılara qoşulmağa çalışıb. Lakin texniki səəbəblər baş verdiyinə görə, onun çıxışı tam şəkildə baş tutmamış qalıb.

Azərbaycana qarşı yönəlmiş təxribat cəhdləri AXCP sədri Əli Kərimliyə məxsus mediada işıqlandırılıb

Maraqlıdır ki, bu dəfə E.Milliyə qarşı çıxan M.Əzizova vaxtilə ermənilərlə iş birliyi dəfələrlə sübuta yetirilmiş "Sülh və Demokratiya İnstitu"nun direktoru Leyla Yunusu, eləcə də Rauf Mirqədirovu müdafiə etmiş şəxslərdən olub.

Sonda onu da qeyd etmək yerinə düşərdi ki, Avroparlamentin erməni lobbisi ilə sıx əməkdaşlığı olan deputatların Azərbaycan əleyhinə reallaşdırmağa çalışdıqları təxribat cəhdləri AXCP sədri Əli Kərimliyə məxsus mediada işıqlandırılıb və bu fakt bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu gün Avropada "siyasi mühacir" adı altında fəaliyyət göstərən E.Milli kimiləri və ölkədəki X.İsmayılova və sairləri bilavasitə milli satqınçılıq yolu tutaraq aşkar şəkildə erməni dəyirmanına su tökməklə məşğuldurlar. Söz yox ki, belə ünsürlərin gec, ya da tez Azərbaycan dövləti və xalqı qarşısında cavab vermələri tələb olunmalıdır.

Əbəs yerə deyil ki, sözügedən təxribat xarakterli dinləmələr ölkə rəhbərliyinin də kəskin etirazına səbəb oldu və zamanında müvafiq sərt addımlar atıldı. Hər halda Avropa qurumu növbəti dəfə bu cür ucuz addımlara getməyərək, ən azından Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə