İranda səfərdə olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu ölkənin parlamentinin sədri Əli Laricani ilə görüşüb. SİA "Mehrnews"a istinadən xəbər verir ki, Laricani görüşdə ölkələrin təhlükəsizliyinin qorunmasının vacib əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, bu məsələdə dövlətlərin rəsmi şəxsləri daha müdrik davranmalıdırlar. Parlament sədri İranla Ermənistan arasında əlaqələrin inkişafını müsbət qarşıladığını bildirib. Laricani Ermənistan Azərbaycan münaqişəsinə də toxunub və bildirib ki, bölgədə yeni böhranların olması regionun gələcəyi üçün problem yaradır: "Keçmişdə baş vermiş hadisələrin yenidən təkrarlanmaması üçün səy göstərmək lazımdır. Hərbi qarşıdurmalar heç bir ölkənin xeyrinə deyildir".
V.Sarkisyan isə İranla Ermənistan arasında əlaqələrin inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb: "Biz İran rəsmiləri ilə görüşlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB