Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 16.02.2017-ci il tarixdə saat 10:00-da Xidmətin Astara rayon şöbəsinin inzibati binasında Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. SİA-nın verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 14.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB