ABŞ-ın dövlət katibi: "Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram"

ABŞ-ın dövlət katibi: "Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram"

Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram. APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.

Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi İrəvanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq dövlət katibi deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə