Siyasi şərhçi: “ABŞ və Rusiyanın Suriyadan gözləntiləri var” AÇIQLAMA
"Həm ABŞ-ın, həm də Rusiyanın Suriyadan gözləntiləri var və hər iki dövlət böhran başlanandan indiyədək özlərinə uyğun münbit şəraitin yaradılması üçün var qücləri ilə çalışıblar. Bu səbəbdən, bir neçə gün əvvəl keçirilən Astana görüşünü faktiki olaraq görməzdən gələn ABŞ tərəfinin Suriya ilə bağlı açıqlama verməsi təbiidir və gözlənilən idi". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, ABŞ heç bir halda Yaxın Şərqin kilid problemlərindən biri olan Suriya münaqişəsinin Rusiyan və İranın təsiri altına keçməsinə razı ola bilməz: "Diqqət etsəniz görərsiniz ki, amerikanların bu açıqlaması, rusların kürd YPD qüvvələri ilə Moskvada görüşəcəklərini bildirməsi fonunda verilir. Yəni indi də hər iki tərəf, kürdləri daha çox öz tərəflərinə çəkmək uğrunda bir növ rəqabətə başlayıblar. Çünki aydın məsələdir ki, Amerika tərəfi müəyyən ərazi qurumlarının yaradılması dedikdə məhz Suriyanın şimalında ikinci kürd muxtar idarəetməsinin yaradılmasına eyham vurur. Hər iki tərəfin, eləcə də proseslərdə iştirakçı olan digər güclərin Suriya münaqişəsi ilə bağlı öz maraqlarını sonadək qoruyacağı müddətdə, münaqişənin tam həllindən söhbət belə gedə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB