QHT-lərə Dövlət Dəstəyi Şurasının hesabat konfransı keçirilib SƏS TV
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctima-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliev, şuranın sədri, millət vəkili Azay Quliyev, icraçı direktoru Fərasət Qurbanov, qurumun digər rəsmiləri və QHT rəhbərləri iştirak ediblər.
A. Quliyev çıxış edərək bildirib ki, 2016-cı il qurum üçün uğurlu keçib: "Şuranın fəaliyyəti dövründə 2016-cı ildə 556 QHT layihəsi maliyyələşdirilib. Bütövlükdə layihələrə 106 min nəfərdən çox insan qatılıb. Hesabat dövründə 45 TV verlişi hazırlanıb, 25 film, 29 sosial çarx çəkilib, 23 sayt yaradılıb. Ötən il QHT-lərin üzləşdikləri problemlər və çətinliklərin həlli istiqamətində işlər aparılıb. 9 QHT-nın bank hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işi, yaxud prokurorluq və vergi orqanları tərəfindən başladılmış istintaq-əməliyyat işlərinə son qoyulub və1 QHT haqqında başladılmış cinayət işi dayandırılıb. Onlarla QHT rəhbər və nümayəndələrinə sərhəd-keçid məntəqələrində tətbiq edilmiş məhdudiyyətlər və yoxlamalar aradan qaldırılıb".
Şura sədri ötən il həyata keçirilən işlər haqqında geniş məlumat verib.
Daha sonra qurumun icraçı direktoru Fərasət Qurbanov hesabat xarakterli məruzə ilə çıxış edib.
Tədbirdə ötən il fərqlənmiş QHT nümayəndələri mükafatlandırılıblar.
Tədbir müzakirələrlə davam edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB