Aydın Hüseynov: “Hər bir məcburi köçkün öz xərclərini optimallaşdıracaq” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının və xüsusilə onun həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin bu kateqoriyadan olan insanların sosial rifahının yüksədilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, keyfiyyətinin yüksədilməsindən ibarətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, cənab Prezidentin 23 yanvar 2017-ci il tarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərmanın digər iqtisadi mahiyyəti isə ondan ibarətdir ki, qaçqın ailəsinin ailə üzvünün hər birinə 36 manat müəyyənləşdirilir və bununla ailə büdcəsinin daha səmərəli formalaşdırılması, eyni zamanda xərclərin şəffaf şəkildə həyata keçirilməsi təmin olunacaq. Çünki bildiyiniz kimi, bu xərclər kart sistemi ilə ödəniləcək. Bu isə aradakı o digər faktorların aradan qaldırılması deməkdir. Hər bir məcburi köçkün və yaxud da bu kompensasiyanı, müavinəti alan hər bir kəs öz xərclərini optimallaşdıracaq. Xüsusilə artıq burada ödəniş nəzarəti özündə olduğu üçün əlbəttə ki, burada birbaşa qənaət rejiminin də tətbiq olunması amilləri baş verəcək.
Digər tərəfdən nağd pul kütləsinin nə qədər az olması iqtisadiyyatda həm şəffaflıq deməkdir, həm də ümumilikdə bazardakı nağd kütləsi azda olsa inflasiyaya mənfi təsir edən amillərdən biridir. Prezidentin imzaladığı bu Fərman həm sosial mahiyyət daşıyır, həm də ölkə rəhbərinin siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB