“Bu QHT-lərin vətəndaş cəmiyyəti adından danışmaq səlahiyyəti yoxdur”
"AŞPA rəhbərliyinə müraciət ünvanlayan QHT-lərin heç birinin Azərbaycanın vətəndaş cəmiyyəti adından danışmaq səlahiyyəti yoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələri çoxdur. Amma bu o demək deyil ki, onlar bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətini təmsil edirlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. O bildirib ki, xaricdə yaşayan, ora sığınmış və özünü QHT rəhbərləri adlandıran həmin şəxslər ölkəmizə qənim kəsiliblər: "Bu insanlar xarici mənbələrə, bilavasitə erməni mənbələrinə xidmət edərək Azərbaycanın AŞPA-dakı nüfuzuna xələl gətirmək, beynəlxalq imicimizə ziyan vurmaq üçün belə pozucu hərəkətlərlə məşğuldurlar. Həmin QHT-lər ictimaiyyətə yaxşı tanışdı. Onlar vaxtilə xarici donorların maliyyəsi ilə Azərbaycanda mövzusu bilinməyən layihələri həyata keçiriblər, müəyyən siyasi məqsədlərə qulluq edən xarici kəşfiyyat orqanlarının burada reallaşdıra bilmədiyi məsələlərə dəstək olublar. İndi isə ölkə xaricində də dinc oturmaq niyyətində deyillər və Azərbaycana qarşı neqativ hətəkətlərlə məşğuldurlar. Onların Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciəti düşmən dəyirmanına su tökmək, düşmən siyasətinə xidmət etməkdir. Bir vətəndaş cəmiyyəti təmsilçisi, Azərbaycan vətəndaşı, azərbaycanlı belə bir təkliflə çıxış edirsə, onun artıq mövqeyini anlamaq çətin deyil. Onun öz xalqıma, dövlətinə, millətinə nə dərəcədə xəyanətkar bir mövqedə durması aydındır".
F.Qurbanov əlavə edib ki, bu məsələ QHT-lər tərəfindən böyük narahatlıqla qarşılandı və QHT koalisiyaları həmin şəxslərə vətəndaş cəmiyyəti adından danışmağa icazə vermədilər: "AŞPA rəhbərliyinə müraciətlər imzalandı və onlara 100-dən çox QHT imza atdı. Baxmayaraq ki, sonradan prosesə qoşulanların sayı daha da artdı. Həmin QHT-lər Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini ortaya qoydular və bildirdilər ki, bundan əvvəl edilmiş mütaciət Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini ifadə etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB