"Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması üzrə danışıqlar yaxın vaxtlarda başlayacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşma prosesi davam edir.
Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların da davam etdiyini və Cenevrədə bu ilin birinci yarısında növbəti görüşün keçirilə biləcəyini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB