"Hesab edirəm ki, bu illər ərzində ilk dəfə idi ki, məhz ermənilərin havadarları olan ruslar nəhayət ki, illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar. Deyir hər bir işdə zərərlə yanaşı, bir xeyir olur". SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bizlər Azərbaycan dövləti olaraq ATƏT-in bivec Minsk qrupunun həmsədr ölkələri olan Amerikadan və Fransadan Rusiyanın yol verdiyi özbaşınalığa və BMT TŞ-nın 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, özünün də vaxtıykən səs verdiyi sənədləri şübhə altına aldığına görə konkret mövqe, münasibət tələb etməliyik: "İstənilən halda, faktiki ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməli, açıq və aydın şəkildə işğalçıya dəstək verdiyinə görə Rusiya Federasiyasının bu qrupdan çıxarılmasına təşəbbüs göstərməliyik. Hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. Bunun ardınca isə çox, lap dəhşətli hadisələrin olacağını düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB