“Bu görüş münaqişənin qısa zamanda həllinə səbəb ola bilər” AÇIQLAMA
"Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüş ölkəmizin xarici siyasətinin prioritet məsələsidir". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu açıqlamasında deyib.
O bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn bütün addımlar nəticə etibarı ilə Dağlıq Qarabağ azərbaycanlılarını həmin ərazilərə qaytarmaq, oradakı ermənilərlə birgə yaşayışını təmin etməyə yönəlib: "Sonra onların statusunun müəyyənləşdirilməsi üçün seçki keçirilməsi nəzərdə tutulur. Lakin Ermənistan prezidenti Serj Sarkisyanın da ən böyük qadağasının bu görüşün baş tutmamasıdır. Azərbaycanın isə məqsədi Dağlıq Qarabağın azərbaycanlı icmasının dünyanın istənilən nöqtəsində görüşməyə hazır olduğumuzu bütün dünyaya çatdırmaqdır. Bu görüşün baş tutması Azərbaycan tərəfindən aruzolunandır".
Politoloq qeyd edib ki, əgər görüş baş tutsa, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklər ola bilər: "Son zamanlar Azərbaycana çoxlu sayda ermənilərin gəldiyi hər kəsə məlumdur. Bu, ermənilər arasında Sarkisyanın qoyduğu qadağaların sınması, Ermənistanda hakimiyyətdə oturan Qarabağ klanının nəzarətindən çıxmasından anlamındadır. Bu baxımdan da hər iki icma arasında effektiv dialoq qurulsa, o zaman münaqişə ən qısa zaman ərzində sülh yolu ilə həll oluna bilər".
M. Əhmədoğlu əlavə edib ki, düşmən ölkə prezidentinin münaqişənin tənzimlənməsinə mane olmaq istiqamətində atdığı ən böyük addım məhz Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüşünə imkan verməməsidir: "Biz bu əlaqəni qura bilsək o zaman Sarkisyana eləcə də Dağlıq Qarabağ klanına ciddi zərbə vurmuş olarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB