Robert Sekuta geri çağrılacaq? ABŞ səfirliyindən cavab

Robert Sekuta geri çağrılacaq? ABŞ səfirliyindən cavab

"Birləşmiş Ştatların prezidentini təmsil edən amerika səfirləri ABŞ prezidentinin təyınatı əsasında çalışırlar". Bu barədə SİA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən yeni prezident Donald Trampın andiçmə mərasimindən sonra xarici ölkələrdəki bütün səfirləri, həmçinin Robert Sekutanı geri çağıracağı barədə məlumatı şərh edərkən bildirilib.

Qeyd edilib ki, ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir. Qeyd edək ki, "New-York Times" qəzeti Donald Trampın inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracağı barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə