Terrorçular Dəməşq sakinlərini su ilə sınağa çəkdi DƏHŞƏTLİ VƏZİYYƏT
Suriyanın xarici işlər nazirliyi bəyan edib ki, ölkənin paytaxtı Dəməşqin 80 %-i içməli sudan məhrum olub. SİA xəbər verir ki, bəyanatı Suriyanın rəsmi SANA informasiya xəbər agentliyi yayıb. Buna səbəb terrorçuların Vadi-Bərədə vadisində təxribat-diversiya törətmələri olub.
Qeyd edilir ki, silahlı ekstremistlər magistral su kəmərini partladaraq, oradakı suya dizel yanacağı töküblər. Mövcud cinayət ötən il dekabrın 24-də baş verib və hazırkı günə qədər Dəməşqin su təchizatı yox səviyyəsindədir. Artıq içməli suyun katastrofik dərəcədə qıtlığı elan olunub və şəhər sakinləri ciddi təhlükə ilə qarşı-qarşıya qalıblar. Səhiyyə işçiləri isə yoluxucu xəstəliklərin yaranması barədə SOS siqnalı veriblər.
Hadisə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına xəbərdarlıq göndərilib. Bildirilir ki, təxribat-diversiya hərəkəti "Cəbhət Fəth əş-Şam" (keçmiş adı "Cəbhət ən-Nusra") radikal dini terorrçu təşkilatı tərəfindən törədilib. Suriya hökuməti baş verənləri hərbi cinayət kimi qeydə alıblar.
"Uşaq və qadınlar da daxil olmaqla, 7 milyondan çox Dəməşq sakini içməli su sarıdan ciddi qıtlıq çəkirlər"-deyə BMT-yə göndərilmiş sənəddə bildirilir.
Suriya hökumətinin bəyanatında həmçinin vurğulanır ki, hökumət mülki vətəndaşlara qarşı törədilmiş aşkar cinayətlə bağlı beynəlxalq ictimaiyyətin susqunluğundan təəssüf hissi keçirir. Rəsmi Dəməşq BMT TŞ-nın üzvləri olan Fransanı, Böyük Britaniyanı və ABŞ-ı, eləcə də Səudiyyə Ərəbistanını, Qətəri terrorçulara gizli dəstək göstərməkdə ittiham edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB