Politoloq: “ABŞ ermənilərin xoşu gəlməyən bir diplomatı həmsədr təyin etdi” AÇIQLAMA

Politoloq: “ABŞ ermənilərin xoşu gəlməyən bir diplomatı həmsədr təyin etdi” AÇIQLAMA

"Ümumiyyətlə hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mütəmadi olaraq dəyişməsində heç bir məna axtarmağa ehtiyac yoxdur. Bu bir növ ratasiya qaydasıdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Fransa ilə ABŞ çalışır ki, bu qaydalara riayət etsinlər: "Rusiya tərəfindən isə İqor Popov həm də səfir olduğu üçün hesab edirəm ki, bir müddət hələ o ATƏT-in Minsk qrupundakı təmsilçisi olacaq. Beləcə həm Fransanın, həm də ABŞ-ın həmsədrlik təyinatında müəyyən bir yaxınlıq hiss olunacaq. Bu gün Ermənistan tərəfi anlayır ki, Fransanın mövqeyi heç də ermənipərəst deyil. Bu mövqe ermənipərəstlikdən uzaqlaşmış bir mövqedir. Amma ABŞ-ın həmsədrlik təyinatında Ermənistana münasibət çox açıq şəkildə ortalıqdadır".

M.Əhmədoğlu əlavə edib ki, bu gün Amerikada başa düşürlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin maneəsi rəsmi İrəvandır başqa bir dövlət deyil: "Hətta xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa Muxtar Respublika statusu vəd verdi və Ermənistan prezidenti ilə görüşməyə də hazır olduğunu bildirdi. Amma gördü ki, Ermənistan prezidenti Azərbaycan prezidenti ilə görüşməkdən yayındı. Rəsmi Amerika da bunun şahidi oldu. Ona görə də Amerika da ermənilərin xoşu gəlməyən bir diplomatı gətirib həmsədr təyin etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə