“Azərbaycan və Pakistanın bütün məsələlərdə bir-birini dəstəkləyir” Səfir

“Azərbaycan və Pakistanın bütün məsələlərdə bir-birini dəstəkləyir” Səfir

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Prezidentinin katibi (Prezident Administrasiyasının rəhbəri) Şahid Xan ilə görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan arasında yüksək münasibətlərdən söz açan səfir, iki ölkənin xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərləri qeyd edib. O deyib ki, iki ölkə arasında qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində hər iki dövlərin rəhbərlərinin xüsusi rolunun olub. Səfir Azərbaycan və Pakistanın bütün məsələlərdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biri-birini dəstəklədiyini bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi və Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu vurğulayıb, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Diplomat həyata keçirilmiş qarşılıqlı səfərlərdən sonra ümumilikdə əlaqələrin daha da canlandığını qeyd edərək, növbəti il ərzində də bir çox qarşılıqlı səfərlərin və birgə layihələrin baş tutacağını bildirib.

Şahid Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirərək, Pakistan Prezidentinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu deyib, Azərbaycanı da əhatə edən İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrin əhəmiyyətini daha da artıracağını söyləyib. Bu baxımdan Azərbaycanla Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə