"Qızıl Buta" mükafatının təqdimatı keçirilib FOTOLAR - SƏS TV

"Qızıl Buta" mükafatının təqdimatı keçirilib FOTOLAR - SƏS TV

"Dünya Azərbaycanlıları" İctimai Mərkəzi 2016-cı ilin yekunlarına dair "Qızıl Buta" mükafatının təqdimetmə mərasimi keçirib. SİA-nın məlumatına görə, tədbirdə "Dünya Azərbaycanlıları" İctimai Mərkəzinin sədri Zaur Mirzə-zadə, millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədri Rufiz Qonaqov və digər rəsmi şəxslər, KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İctimai Mərkəzin sədri Zaur Mirzəzadə "Qızıl Buta" mükafatı üçün keçirilən sorğunun nəticələrini açıqlayıb.

O bildirib ki, "Dünya Azərbaycanlıları" İctimai Mərkəzi Respublikada 2016-ci ilin yekunlarına dair "Qızıl Buta" mükafatı uğrunda respondentlər arasında sorğular keçirib: "Qızıl Buta" mükafatı uğrunda keçirilən sorğuda iştirak edən respondentlərin 14%-i iş adamı, 12%-i elm xadimləri, 17%-i məmurlar, 39%-i tələbələr, 2%-i işsizlər, 16%-i müxtəlif peşə sahibləri olublar. Respondentlərin 53%-ni kişilər, 47%-ni qadınlar təşkil edib.

"Qızıl Buta" mükafatı uğrunda keçirilən sorğunun qalibləri aşağıdakılardır:

Mehriban xanım Əliyeva – Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı

Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Ramil Usubov - Daxili İşlər Naziri

Zakir Həsənov - Müdafiə Naziri

Azad Rəhimov - Gənclər və İdman Naziri

Eldar Həsənov - Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri

Əflatun Amaşov - Mətbuat Şurasının sədri, millət vəkili

Vüsal Quliyev - Prezident Administrasiyası İctimai-siyasi məsələlər şəbəsinin sektor müdiri

Aqil Ələsgər - Araşdırmaçı, yazar

Baba Rzayev – "Azərişıq" ASC-nin İdarə Heyətinin sədri

Arif Alışanov – "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Vuqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru

Həsən Məmmədzadə - Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri

Bayram Səfərov - Dağlıq Qarabağ Bölğəsinin Azərbaycan İcmasının sədri

Qənirə Paşaeva – Milli Məclisin deputatı

Azay Quliyev - Milli Məclisin deputatı

Cavanşir Paşazadə - Milli Məclisin deputatı

Adil Əliyev – Milli Məclisin deputatı

Novruz Aslanov - Milli Məclisin deputatı

Rövşən Rzayev - Milli Məclisin deputatı

Tahir Mirkişili - Milli Məclisin deputatı

Kamran Nəbizadə - Milli Məclisin deputatı

Elşad Həsənov - Milli Məclisin deputatı

Bəhruz Quliyev - "Səs" qəzetinin baş redaktoru

Bəxtiyar Əsgərov – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri

Vüsalə Mahirqızı - APA Holdinqin prezidenti

Anar Yusifoğlu - İctimai Televiziya

Səbuhi Rəcəb - Kikboksinq Federasiyasının Peşəkarlar üzrə vitse-prezidenti

Rufiz Qonaqov - Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

Elşad Eyvazlı - Parlament Jurnalistləri Birliyinin sədri

Səbuhi Abbasov – Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri

Elçin Çobanzadə - EL-1 İdman Təşkilatının prezidenti

Zakir Fərəcov - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı

Taleh Qaraşov – Lənkəran şəhər İcra Hakimiyətinin başçısı

Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

Süleyman Mikayılov - Qaradağ rayon İcra Hakimiyətinin başçısı

Müstəqim Məmmədov - Tərtər rayon İcra Hakimiyyətinin başçısı

Təfəkkür Universiteti – Elm və Təhsil Mərkəzi

Əlişir Əhəd - Tribuna İnformasiya Agentliyinin baş redaktoru

Nahid Canbaxışlı - Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru

Aqil Alışov – Miq.az xəbər portalının baş redaktoru

Milli.az İnternet portalı

Qaynarinfo.az Xəbər portalı

AFN.AZ İnformasya Agentliyi

İsmayıl Şabani – "AvirTell" MMC-nin prezidenti

Xudu Rzayev - Minera şirkətinin prezidenti

Kamal Şirəliyev - Bakı Fruit Company

Qeyd edək ki, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev "Uğurlu İctimai fəaliyyətinə görə" "Qızıl Buta" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə