Politoloq: “Vətənpərvər soydaşlarımızla fəxr etməliyik” MÜNASİBƏT
"Bəzi millət vəkilləri və məmurlar çıxışlarına və hərəkətlərinə diqqət etməlidirlər. Bütün deputatlar və məmurlar seçicilərimizə və xalqımıza hörmət etməyə borcludurlar. Həmkarları olan digər millət vəkillərindən və məmurlardan örnək götürməlidirlər. Baxıb görsünlər ki, onlardan fərqli olaraq dövlətimizə, xalqımıza və cənab Prezidentə sədaqətlə bağlı olan millət vəkilləri və məmurlar daima xalqın yanında olur, onların problemləri ilə maraqlanır, xarici ölkəmizi və dövlətimizi layiqincə təmsil edirlər. Bunlar etmək onların hər birinin vəzifə borcudur". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, cənab Prezident hər çıxışında xalqın xidmətçisi olmasını və xalq ləyaqətlə xidmət etməyin vacib olduğunu dəfələrlə vurğulayıb, qaçqın və məcburi köçkünlərlə bağlı hər zaman diqqət göstərib, eyni zamanda ölkə rəhbəri öz çıxışlarında dəfələrlə bildirib ki, xaricdə yaşayan həmvətənlərimiz bizlər üçün əzizdir və doğmadır, daima onların yanında olduğunu bəyan edib: "Çünki cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Yəqin bəzi deputatlar və məmurlar cənab Prezidentin çıxışlarına diqqətlə qulas asmırlar, diqqətlə qulaq assalar daha yaxşı olar və bu cur səhvlərə yol verməzlər. Hər bir deputat və məmur bilməlidir ki, qaçqın və məcburi köçkün problemi dövlətimizin və xalqımızın ən ağrılı, həssas yeridir.
Xaricdə yaşayan Azərbaycanın mərd oğul və qızları da hər birimiz üçün dəyərli və əzizdir. Onlar xaricdə yaşamaq, işləmək və təhsil almaqla yanaşı həmçinin də diaspora fəaliyyəti ilə məşğuldurlar ki, buna görə bizim hər birimiz xaricdə yaşayan bu cür vətənpərvər soydaşlarımızla fəxr etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB