Sədr: "25 yerli, 13 beynəlxalq qurumlarla yeni əməkdaşlıq qurduq" AÇIQLAMA
"İRƏLİ" İctiami Birliyi təşkilat olaraq hər zaman dövlətimizin yanında olmuş, dövlət gənclər siyasətini dəstəkləmiş və gənclərin inkişafı naminə durmadan İRƏLİ addımlayıb. İki il bundan öncə yola çıxarkən qarşımıza 7 əsas istiqamət qoyduq: Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək, gənclərdə müasir düşüncə tərzinin formalaşmaq, bütün sferalarında gənclərin təmsil olunmasını təmin etmək, onların ölkəmiz üçün layiqli vətəndaş kimi yetişdirmək, Azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunmaq, Beynəlxalq platformalarda ölkə maraqlarını qoruyaraq rəqabətə davamlı gənclik yetişdirmək, ölkəmizin mədəni və tarixi irsin təbliğ etmək. Biz, İRƏLİ gəncləri, çox yaxşı bilirik ki, bugün ölkə başçısı tərəfindən uğurla aparılan gənclər siyasətinin ideya müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məhz bu səbəbdən İRƏLİ hər zaman azərbaycançılıq ideyalogiyasına sahiblənib, gənclərin hər tərəfli və birbaşa inkişafına töhvə verib". Bunu SİA-ya "İRƏLİ" ictimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, son iki il ərzində İRƏLİ gənclərə daha geniş imkanlar tanımaq və onların şəxsi inkişafında birbaşa rol oynamaq üçün 3 fərqli zamanda 4 müxtəlif istiqamətlər üzrə təcrübə proqramları həyata keçirdi: "Bu müddət ərzində 71 gənc şəxsi inkişafa aparan yolda bizimlə birgə addımladı. Birliyimizin katibliyi 2 dəfə struktur dəyişikliyi həyata keçirdi. Biz daima gənclər üçün gənclərlə birgə İRƏLİ addımlayırıq. Katibliyin hal hazırdada işçi heyətinin ortalama yaş sayı 22-yə bərabərdir. Katiblik, insan resursları, humanitar, sosial, regionlarla iş, beynəlxalq əməkdaşlıq, və bir çox məsələlərə diqqət mərkəzində saxlanılması üçün müəyyən bir struktur formalaşdırıb. Katibliyə mütəmadi olaraq, vakansiyalarda, təcrübə proqramına dəvət olunan gənclərin 73,8 %-i layihələrimizdən qazanılan gənclərdir. İrimiqyaslı, geniştərkibli layihələrin həyata keçirilməsi istiqamətləri üzrə fəaliyyətllərimizə star verdik və 15 geniştərkibli layihənin keçirilməsinə, 2130 gəncin birbaşa iştirakına nail olduq. Gənclərimizlə müxtəlif təlimlərdə, ictimai-müzakirələrdə, simuliyasiya oyunlarında mədəni-əyləncəli proqramda bir araya gəldik.
İRƏLİ genişmiqyaslı layihələrlə yanaşı, fərdi gənclərin layihələrində, onların təşəbbüslərin dəstəklənməsində rol oynadı. 1685 gəncin cəlb olunduğu 18 fərdi layihə tərəfdaş qismində çıxış etdi.
Fəaliyyətimizin hər bir addımını üzvlərimizin inkişafı üçün etdik və onlara birgə addımladıq. Son 2 il ərzində 3854 gənc İRƏLİ-nin sıralarına daxil oldu. Yerli arenada keçirilən ölkə masştablı layihələrdə ümumilikdə 3792 gənclə birgə 61 müxtəlif platformada, beynəlxalq arenada 14 müxtəlif ölkədə 109 gənclə təmsil olundular.
Gənclərin təşəbbüsü nəticəsində İRadio 2015-ci ildə fəaliyyətinə yenidən başladı. Ümumilikdə 4 təcrübə proqramı 28 gənc aparıcıya yeni imkanlar yartdı. Onlar 57 qonaqla 2380 dəqiqə efir saatı nəticəsində 24525 dinləyici sayına nail oldular.
İRƏLİ TV tərəfindən ərsəyə gətirilən bütün verilişlər, sosial video çarxlar, bugün cəmiyyətdə baş verən bütün sosial problemlərin qarşısının alınması yönəlik idi. Məhz bu səbəbdən İRƏLİ TV tərəfindən hazırlanmış video çarxların böyük kütlə gənclərin marağına səbəb olub. Belə ki, hazırlanmış 86 video ümumilikdə 297745 insan tərəfindən baxılmasına nail ola bildik.
Gördüyümüz işlər, həyata keçirilən bütün tədbirlər də ən yaxın media mənsublarının rolu böyük idi. Hər zaman çox böyük önəm verdik bu münasibətlərə. Media dostlarımızın səyi nəticəsində, 12 müxtəlif televiziya kanalında, 90-dan çox verilişlərdə, yüzlərlə internet xəbər portallarında nailiyyətlərimizi və gördüyümüz işləri yüz minlərlə oxucuya çatdıra bildik.
Həmçinin İRƏLİ son iki il ərzində bir çox dövlət qurumu, qeyri-hökümət və gənclər təşkilatı və şirkətlərlə sıx əməkdaşlıq etdi və yeni tərəfdaşlar qazandı. Qazandığımız uğurların ən böyük payçıları da məhz onlar sayılır. Ümumilikdə 25 yerli, 13 beynəlxalq qurumlarla yeni əməkdaşlıq qurduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB