Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, əksər müxalifət liderlərinin fəaliyyəti daha çox sosial şəbəkələrdədir. Bu nədən irəli gəlir?
- Sosial şəbəkələr müzakirə aparmaq, fikir bölüşmək yeridir. Təbii, onun ictimai - siyasi proseslərə təsir gücünü inkar etmirik. Fəqət, bu şəbəkələr üzərindən böyük siyasət yürütmək, fantastik iddialara köklənmək də mümkün deyil. Bizim müxalifətimiz isə illərdir bu həqiqəti anlamır. Əksinə, baxırsan ki, bığı burma müxaliflər qadın profili ilə "facebook"da, "twitter" də var-gəl edirlər. Ən çox da həmin insanlar anlamalıdırlar ki, monitor arxasından qalxıb xalqın içinə çıxmaq lazımdır. Sosial şəbəkə siyasət üçün lazım olan, gərəkən komponentlərdən yalnız biridir. Əsas faktor isə canlı ünsiyyətdir. "Layk" yığımı ilə seçkidə faktiki səs yığmaq arasında çox ciddi fərq var.
- 2016-cı il başa çatsa da müxalifət yenə də heç bir uğurlu hadisələrlə və nəticələrlə yadda qala bilmədi. Müxalifətin bədbəxdçiliyinin səbəbi nədən ibarətdir?
- Müxalifətin bədbəxtliyinin səbəbi ambisiyaları ilə ağılları arasında olan tarazlığın pozulmasıdır. Çox şey istəyirlər, amma anlamırlar ki, həmin istəklərə çatmaq üçün qabiliyyət, güc, resurs gərəkdir. Bir də xislət məsələsini xüsusən qeyd etməliyəm. Müxalifət çox qısqanc, xəbis və geri düşüncəlidir. Elə ancaq danışıb, yazıb, məsləhət verirlər və bütün mövzuların yalnız qara tərəfini görürlər. Əslində isə əsl müxalifətçilik belə olmur. Mübarizəni kişi kimi aparmaq lazımdır.
- Demək olar ki, əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də müxalifət uğursuzluq zolağından çıxa bilməyəcək? Vəziyyətdən çıxmaq üçün müxalifətə çıxış yolu varmı?
- Mən sizə deyim ki, Azərbaycanın radikal müxalifəti həmin o qeyd etdiyiniz uğursuzluq zolağından çıxmağa heç iddialı da deyil. Bitdiklərini, tükəndiklərini, xalqın etimadını bundan yüz il sonra da qazana bilməyəcəklərini çox gözəl anlayırlar. Yəni, reallığın fərqindədirlər. Hazırda müxalifətin ən böyük arzusu dirçəlmək, hakimiyyət iddiasına köklənmək deyil. İndi onların ən böyük amalı budur ki, öz aralarında birinci olsunlar, xaricdən gələn qrantlara şəriksiz sahiblənsinlər, özlərini Beynəlxalq Təşkilatlara əsl müxalifət kimi sırıya bilsinlər. Vəssalam. Elə bu səbəbdən də birləşə bilmirlər, bir-birini əngəlləyirlər, bir-birinə olmazın iftiralar söyləyirlər. Halbuki, hamısı eyni bezin qırağıdır və bundan sonra nə etsələr də cəmiyyətdə müsbət imic yarada bilməyəcəklər. Xalq Əli Kərimli kimi nankoru da, Arif Hacılı kimi hərdəmxəyalı da gözəl tanıyır və onların söylədiklərini də fantaziya, nağıl məhsulu kimi qəbul edir. Çünki xalq artıq siyasiləşib, reallığı görür, dövlətçiliyə sadiqdir və ən əsası – öz Prezidentini, öz ləyaqətli lideri İlham Əliyevi sevir, Ona güvənir.
- Yayılan məlumatlara görə, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbər 2017-ci ilin birinci rübündə Avropaya səfərə dəvət olunublar. Bu səfərlərin müxalifətin formalaşmasına hansısa bir təsiri varmı?
- İ.Qəmbər öz təşkilatı tərəfindən pensiyaya göndərilmiş siyasətçidir. A. Hacılı hələ də partiya sədri olduğuna inana bilməyən uğursuz biridir. C. Həsənli isə siyasətlə vaxtı olandan olana məşğul olur. Bunlar xaricə turistik səfərdən savayı başqa hansı təyinatlı səfərlər edə bilərlər ki? Təbii, gedə bilərlər, kimsə onların qarşısını kəsməyib. Amma bu insanlar siyasətdə çoxdan tükəniblər, siyasi ridumentə çevriliblər, heç bir siyasi çəkiyə, gücə də malik deyillər ki, nəyinsə ehtimalını yürüdək. Çox güman, gedib Avropa çayxanalarında dominodan, nərddən oynayıb qayıdacaqlar. Yoldan keçən bir-iki qara dərili ilə də şəkil çəkdirib sosial şəbəkələrdə, mediada tirajlayacaqlar ki, bəs uğurlu görüşlərimiz oldu.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB