Gevorq Qorqisyan: “Hətta Roma Papası Respublika partiyasına üzv olsa belə, onun reytinqi aşağı olacaq” ANTİ-SARKİSYAN
"Yeni hökumətin formalaşmasının 100 günü tamam oldu. Bu ərəfədə isə yeganə nəzərə çarpacaq şey o oldu ki, hökumət üzvləri Ermənistanın hakim Respublikaçılar partiyasına üzv yazıldılar". SİA xəbər verir ki, bu sözləri 1.in.am saytına "İşıqlı Ermənistan" partiyasının siyasi şurasının üzvü Gevorq Qorqisyan deyib. Onun sözlərinə görə, hökumət üzvlərinin Respublikaçılar partiyası sıralarına qatılmaları onların nüfuzlarına təsir edəcək: "Respublikaçılar partiyasının nüfuzu o qədər aşağıdır ki, hətta Roma Papası Respublika partiyasına üzv olsa belə, onun reytinqi aşağı olacaq"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB