Ukraynanın baş nazirinin səfəri ləğv edilib

Ukraynanın baş nazirinin səfəri ləğv edilib

İsrailin baş naziri Benyamin Netanyahu Ukraynanın baş naziri Vladimir Qroysmanın gələn həftə Tel-Əvivə planlaşdırılmış səfərini ləğv edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfərin ləğvinə səbəb Ukraynanın BMT TŞ-nin İsrailin məskunlaşma proqramına qadağa qoyan qətnaməsini dəstəkləməsi olub.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə