“İsrailə işğalçı deyən İran Ermənistanın işğalına susqunluq nümayiş etdirir”
"İran prezientinin Ermənistanda yüksək səviyyəli qarşılanma mərasimi oldu. Bu məqam İrəvan rəsmilərinin Tehrandan gözləntilərinin böyük olduğunu göstərir". Bunu SİA-ya açıqlamasına İran prezidenti Həsən Ruhaninin İrəvana səfərini şərh edən Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.
Onun sözlərinə görə, iqtisadiyyat başda olmaqla enerji kimi sahələrdə ikitərəfli əlaqələrin istənilən səviyyədə olmaması Ermənistanı bölgədə zəif duruma salıb: "Bu baxımdan İran Ermənistanın xarici aləmə açılma qapısıdır. İranın İrəvanda sərmayələrinin artması üçün illərdir cəhdlər göstərilməkdə davam edir".
Ekspert hesab edir ki, İran bölgədə özünə aid bir blok yaratmağı qarşısına məqsəd qoyub və Ermənistanla indiyə qədər heç bir problem omadan davam edən əlaqələr də bunu göstərir. O hesab edir ki, İranın din və məzhəblə bağlı söylədikləri məqsədli şəkildədir və bu məqamdan faydalanmaq istəyir: "Biz bu ölkənin din ritorikasını Ermənistan mövzu olunca nəzərə almadığını 90-cı illərdən bəri görürük. İranın Ermənistana hansı baxımdan yanaşdığını anlamaq üçün bölgədəki prosesləri araşdırmaq lazımdır. Bölgədə Rusiya başda olmaq üzrə Qərb dövlətləri və İsrailin artan təsiri İranın dominant olma cəhdlərini əngəlləməkdədir. Buna görə də İran Dağlıq Qarabağ məsələsində də ermənipərəst mövqe sərgiləyir. İsrailə işğalçı deyərək döyüş elan edən bir dövlətin Ermənistanın işğalına susqunluq nümayiş etdirməsi hər şeyi bəlli edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB