Gənclər Fondunun 5 illiyi qeyd olunur YENİLƏNİR

Gənclər Fondunun 5 illiyi qeyd olunur YENİLƏNİR

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr edilmiş tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, gənclər təşkikatlarının rəhbərləri və nümayəndələri, media nümayəndələri iştirak edirlər. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə start verilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun fəaliyyəti, 5 il ərzində görülən işlər haqqında mərasim iştirakçılarına məlumat verib, Gənclər Fondunun gənclər üçün açdığı imkanlardan və fərdi layihələrin uğurundan danışıb. F.Hacıyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr çərçivəsində Rusiya Federasiyasında baş tutmuş bir sıra diqqətəlayiq tədbirləri qeyd edib. Tədbir hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə