Bir müddət öncə Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi tərəfindən illik Zirvə Toplantısı keçirilmişdi. Həmin tədbirə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri, o cümlədən səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar da qatılıblar. Lakin məsələ yalnız bunda deyil, məsələ həm də sözügedən tədbirdə hazırda İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovun ermənilərlə birgə mövqedən çıxış etməsindədir. Daha dəqiqi, həmin tədbirdə Ermənistanın Polşadakı səfiri Edqar Vardanyan və hazırda İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov da iştirak edib və Zirvə Toplantısı çərçivəsində təşkil olunan "Demokratik institutlar və onların fəaliyyəti" mövzusunda ilkin müzakirələrdə Emin Hüseynov Azərbaycan dövlətini kəskin tənqid edib və bununla da Ermənistanın işğalçı siyasətinə açıq dəstəyini bəyan edib. Bu da azmış kimi, E.Hüseynov iddia edib ki, guya Qarabağ münaqişəsi zamanı erməni jurnalistlər də öldürülüb: "Qarabağ müharibəsi zamanı erməni jurnalistlər öldürülüb. Bütün bunlara göz yummaq olmaz".
Emin Hüseynovun həyat kredosu: "üzümə tüpür, ancaq pulumu ver"
E.Hüseynov çıxışında deyib ki, guya Azərbaycan xalqı istənilən halda Ermənistan tərəfi ilə barışığa hazırdır, "ancaq Azərbaycan hakimiyyəti bu barışığa imkan vermir"...(?!!-.R.N.) Təbii ki, bu da onun ermənilərdən aldığı qrantların hesabına deyilmiş sözlərdir. Çünki E.Hüseynov daim pulu, paranı şəxsiyyətçilik marağından üstün tutub, necə deyərlər, "tüpür üzümə, ancaq pulumu ver" kredosu ilə həyat sürür.
Lakin bu da azmış kimi, E.Hüseynov heç bir gerçəkliyə sığmayan daha bir sərsəm iddia irəli sürərək bildirib ki, bu ilin sentyabr ayında Azərbaycanda keçirilən referenduma çıxarılmış təkliflər guya ölkə başçısı və Onun ailəsinin (??!!-R.N.) "hakimiyyətini möhkəmləndirməyə hesablanıbmış". Halbuki, referendum başa çatar-çatmaz Azərbaycanda səsvermələri izləyən xarici və yerli müşahidəçilərin hər biri atılan addımı demokratik və xalqın maraqlarına tam olaraq uyğun olduğunu bildiriblər. Bunun üçün heç də uzağa getməyərək, istər ölkəmizdə, istərsə də xarici mətbuatda bu kimi çoxsaylı informasiyaları görmək mümkün olar.
Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin çıxışlarından dərhal sonra Ermənistanın Polşadakı səfirliyinin katibi Edqar Kazaryan əl-ayağa düşərək, azərbaycanlı nümayəndələrin çıxışlarını yalanlamağa çalışıb. O, və digər erməni iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Səfir E.Vardanyan da çıxışında Emin Hüseynova dəstəyini nümayiş etdirərək vurğulayıb ki, guya Azərbaycan ordusu Qarabağ müharibəsi zamanı erməni jurnalistlərə də atəş açıb.
Emin Hüseynov, bəs Salatın Əsgərovanı, Alı Mustafayevi öldürən ermənilər deyildimi?!
Onu da xatırlatmaq yerinə düərdi ki, həmin tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və hüquq müdafiəçisi Azər Həsrət isə erməni səfirin və Emin Hüseynovun uydurma çıxışlarına cavab veriblər. Ə.Şahidov Azərbaycana qarşı bu cür yalan və təxribat xarakterli bəyanatları pisləyib və ABŞ-ın ATƏT-dəki nümayəndəsinə də öz iradını bildirib. A.Həsrət isə Emin Hüseynova müraciət edərək deyib ki, onun Azərbaycan dövləti və xalqı əleyhinə çıxışları ilə erməni tərəfinin çıxışlarında heç bir fərq hiss olunmur:"Erməni tərəfi iddia edir ki, guya Qarabağ döyüşlərində erməni jurnalistləri öldürülüb və sairə. Bütün bunlar yalan və cəfəngiyatdır. Əksinə, Qarabağ döyüşlərində azərbaycanlı jurnalistlər erməni terrorçuları tərəfindən öldürülüb. Buna misal olaraq azərbaycanlı jurnalistlər Alı Mustafayevi, Salatın Əsgərovanı və digərlərinin adını çəkmək olar".
Bəli, məhz bu zaman sual etmək lazımdır ki, Emin Hüseynov, bəs Salatın Əsagərovanı, Alı Mustafayevi kim öldürən ermənilər deyildimi?!
İndi isə Avropada özü kimi ermənipərəst həmkarı Leyla Yunusla birləşib, yenidən anti-Azərbaycan fəaliyyəti göstərir...
Sözügedən tədbirdə Emin Hüseynovun Ermənistan nümayəndə heyəti ilə yanaşı əyləşib, fasilələrdə də onlarla söhbətlər etməsi diqqətdən yayınmamışdı.
Ancaq fakt budur ki, artıq bütün dünya işğalçı Ermənistanın əməllərini yaxşı bilir və Azərbaycanda mövcud olan reallığı ən yüksək səviyyədə qiymətləndirir.
Ona görə də ilk başdan bəllidir ki, bu kimi satqın və mənfur "güclər" ermənipərəstlikləri ilə istədiklərinə nail ola bilməyəcəklər və erməni yalanları puça çıxacaq.
Sonda isə bir daha E.Hüseynova xatırlatma edərək deyə bilərik ki, ondan fərqli olaraq, Ermənistandakı Sarkisyan rejimi ona müxalif olan insanları yalnız həbs etdirmir, hətta həyatlarına son qoyur. Halbuki, E.Hüseynov məhz Azərbaycan hakimiyyətinin humanizm prinsipindən yararlanaraq, ölkə ərazisini tərk edərək, İsveçrəyə mühacirət edib. İndi isə Avropada özü kimi ermənipərəst həmkarı Leyla Yunusla birləşib, yenidən anti-Azərbaycan fəaliyyəti göstərir. Ancaq unudur ki, zaman onun cavabını verəcək...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB