Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur Ruhani

Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur Ruhani

Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. SİA "news.am"a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani İrəvanda bəyan edib. O deyib ki, bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir: "Ümid edirik ki, bölgədə sülh və sabitliyin bərqərar olunmasının şahidi olacağıq. Bu, bütün regionun xeyrinə olacaq. Bu məsələnin hərbi yolla həlli yoxdur və biz münaqişənin sülh yolu ilə həll olunmasını görmək istəyirik".

Qeyd edək ki, bu gün Ruhani Ermənistana rəsmi səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə