Xədicə İsmayıldan Oqtay Gülalıyevə “hakimiyyətə işləyirsən” İTTİHAMI -ANALİZ

Və ya “siyasi məhbus” siyahısı tərəflər arasında yeni qarşıdurmalar yaradıb
Xədicə İsmayıldan Oqtay Gülalıyevə “hakimiyyətə işləyirsən” İTTİHAMI -ANALİZ

"Azadlıq" radiosunun Bakı ofisinin sabiq əməkdaşı Xədicə İsmayılın son zamanlar AXCP sədri Əli Kərimlinin ətrafında toplaşan şəxslərə qarşı ittihamları bu dəfə "Kür Vətəndaş Cəmiyyəti"nin sədri, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Oqtay Gülalıyev tərəfə istiqamətlənib. Xüsusilə, "siyasi məhbus" məsələsi ətrafında cərəyan edən hadisələr fonundakı bənzər hadisələrin ardınca O.Gülalıyevin hədəfə alınması isə əbəs deyil. Məsələ ondadır ki, yaxın vaxtlarda onun QHT-i Ədliyyə Nazlirliyi tərəfindən qeydiyyata alınıb və bu amil X.İsmayılın ona qarşı "hakimiyyətə işləyirsən" suçlamasına stimul verib.

Lakin X.İsmayılın əlində bununla bağlı real faktların olmamasına baxmayaraq, qondarma və əsassız "siyasi məhbus" siyahısı uğrunda aparılan savaşda bu da ona yetərlidir ki, O.Gülalıyevə qarşı tənqidi fikirlər səsləndirsin.

Əli Kərimli əlindən çıxan biznesini qorumaq üçün ən yaxşı cavabverici vasitəçi qismində "Kür Vətəndaş Cəmiyyəti"nin sədri Oqtay Gülalıyevi seçib

Beləliklə, müxalif düşərgədə yeni qalmaqalın yaşanmasında "siyasi məhbus" siyahısı üzərində yaranmış növbəti qalmaqal böyüməkdə davam edir. Maraqlıdır ki, bir vaxtlar Ə.Kərimlinin qızğın müdafiəçisi qismində çıxış edən X.İsmayıl məhz həbsdən azadlığa buraxıldıqdan sonra AXCP, "Milli Şura" üzvləri ilə münasibətlərinə demək olar ki, son qoyub. Əbəs yerə deyil ki, sosial şəbəkələrdə fəallığı ilə seçilən X.İsmayıl son vaxtlar davamlı şəkildə Ə.Kərtimlinin, Cəmil Həsənlinin timsalında O.Gülalıyevi də ən sərt ifadələrlə ittiham atəşinə tutur.

Bu arada növbəti xatırlatmanı etmək yerinə düşərdi. X.İsmayılın ətrafında cəmləşən bir qrup "hüquq müdafiəçisi" hələ payız aylarından başlayaraq 94 nəfərlik qondarma "siyasi məhbus" siyahısı elan edib. Onun anidən belə bir addıma getməsi isə "siyasi məhbus" və ondan doğan "siyasi mühacir" biznesini inhisarında saxlayan, onun sözügedən biznbesinə mane olanları müxtəlif şantaj və hədələrlə özündən uzaqlaşdıran Ə.Kərimlini məyus edib. Xüsisilə, X.İsmayılın Avropanın bir sıra qaranlıq siyasi dairələri, ermənipərəst qurumları tərəfindən dəstəklənməsi AXCP sədrinin səbrini daşırıb və o da 166 nəfərlik siyahı hazırlatdıraraq dərhal cavab tədbiri görüb. Təbii ki, Kərimlini narahat edən məsələlərdən biri də erməni lobbisi tərəfindən maliyyələşdirilən xarici donorların ondan daha çox X.İsmayıla etibar etməsi amildir. Bu səbəbdən, o əlindən çıxan biznesini qorumaq üçün ən yaxşı cavabverici vasitəçi qismində "Kür Vətəndaş Cəmiyyəti"nin sədri O.Gülalıyevi seçib.

Daha bir maraqdoğurucu fakt Əli Kərimlinin bilavasitə rəhbərlik etdiyi qəzetində Xədicə İsmayılın əleyhinə iş aparmağa başlamasıdır

Yeri gəlmişkən, o da kimsəyə sirr deyil ki, Azərbaycanda "siyasi məhbus" söhbəti yeni deyil. Vaxtilə bu sahə Leyla Yunus, Emin Hüseynov kimilərinin gəlirli biznesi idi. Vaxtaşırı olaraq, onların hərəsi bir siyahı elan edərək, cinayətkarların narkomanın və cibgirlərin, dələduzların "siyasi məhbus" olduğunu iddia edir, bu yolla qazanc əldə edirdilər. Ancaq bu şəxslərin ölkədən mühacirət etmələrindən sonra, meydan demək olar ki, AXCP sədri Ə.Kərimliyə qaldı. İndi isə həmi meydana X.İsmayıl da şərik qoşulmağa başlayıb və əlbəttə ki, burada kimin haqlı olub-olmaması da ciddi müzakirə mövzusu deyil. Çünki fakt budur ki, ölkəmizlə yanaşı, bir sıra aparıcı beynəlxalq təşkilatlar da dəfələrlə Azərbaycanda heç kimin siyasi baxışına görə təqib olunmadığını vurğulayıblar.

Xədicə İsmayılın ilk qurbanı da var, o "Kür Vətəndaş Cəmiyyəti"nin sədri Oqtay Gülalıyevdir

Ancaq siyahı qalmaqalının gedişindən söhbət gedərkən, daha bir maraqdoğurucu fakt Ə.Kərimlinin bilavasitə rəhbərlik etdiyi qəzetində X.İsmayılın əleyhinə iş aparmağa başlamasıdır. O, bu məsələdə də O.Gülalıyevi önə verib və Gülalıyevin X.İsmayıla qarşı apardığı kəskin fikir kampaniyası sonda ikinci tərəfin daha sərt tədbirlər görməsinə səbəb olub. Və həmin plana əsasən, yəni ƏKərimlinin təlimatlarına əsasən "Milli Şura"nın sədri C.Həsənli bəyan edir ki, Xədicəgilin hazırladığı siyahı natamamdır və bunu dəstəkləmir.

Çox yəqin ki, X.İsmayılın öz "siyasi məhbus" siyahısını müdafiə etməsi üçün ehtiyat planları da var və bu planların işə düşəcəyi zaman hədəf AXCP, "Milli Şura" və bu təşkilatlarla əməkdaşlıq edən siyasiləşmiş QHT-lər olacaq ki, artıq bunun ilkin cücərtiləri görünməkdədir. Hətta demək olar ki, X.İsmayılın ilk qurbanı da var, o "Kür Vətəndaş Cəmiyyəti"nin sədri O.Gülalıyevdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə