Asim Mollazadə: “Biz Minsk qrupuna, beynəlxalq təşkilatlara müraciət etməliyik” AÇIQLAMA

Asim Mollazadə: “Biz Minsk qrupuna, beynəlxalq təşkilatlara müraciət etməliyik” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyan 3 günlük Dağlıq Qarabağ səfərindən sonra Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi açıqlamasında Dağlıq Qarabağ əhalisini və ordusunu hazır olmağa çağırıb. Ümumiyyətlə, Sarkisyan müstəqil rəhbər deyil ki, hansısa qərarlar versin. Onun şou təşkil etməkdən başqa hansısa bir imkanları yoxdur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, əslində bütün bunların arxasında Ermənistanın danışıqlar prosesindən çıxması dayanır: "Həmçinin bu, Ermənistan hərbi qüvvələrinin Rusiyaya birləşməsi ilə bağlıdır. Çox güman ki, hansısa təxribatlar hazırlanır. Bu təxribatlardan öncə də onlar belə bir aksiyalar keçirirlər ki, bölgədə hədə-qorxu, təşviş yaratsınlar. Onlar hər zaman hansısa təxribatlardan öncə buna bənzər şouları keçirirlər".

A.Mollazadə Ermənistanın hansısa danışıqlara hazır olmadığını bildirib: "Əslində biz ATƏT-in Minsk qrupuna, beynəlxalq təşkilatlara müraciət etməliyik ki, onların vasitəçiliyi Azərbaycan və Rusiya arasında getsin. Çünki silahlı qüvvələrin birləşməsindən sonra artıq real olaraq tərəflər məhz Rusiyadır. Belə ki, Ermənistan müstəqilliyini tam itirmiş bir ərazidir. Ermənistanın bütünlüklə Rusiyanın nəzarətində olması hər kəsə məlumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə