Əfv komissiyasının üzvü: “Əfv sərəncamı gözlənilə bilər” AÇIQLAMA
"Hər il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 31 dekabr - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv sərəncamları imzalanır. Beləcə, yüzlərlə insan həmin gün öz ailələrinə qovuşur". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Fond rəhbərinin sözlərinə görə, bu il əfv sərəncamının olub-olmaması barədə qəti fikir söyləmək çətindir: "Ona görə ki, bu, cənab Prezidentin müstəsna konstitusion səlahiyyətlərinə aid olan bir məsələdir. Ümumiyyətlə indiyədək 61 əfv sərəncamı olub. Bunun nəticəsində də 9 mindən artıq şəxs cəzadan azad edilib.
Bizdə Əfv məsələləri üzrə komissiyanın katibliyi, Prezident Administrasiyasının Hüquq məsələləri üzrə iş sektorunun əfv sektoru daimi olaraq bu məsələlərlə bağlı fasiləsiz işləyir. Onlar müxtəlif məhkumlardan, qanuni nümayəndənin vəkillərindən, bir sıra qeyri-hökumət təşkilatının nümayəndələrindən əfv müraciətlərini qəbul edir, onu emal edir və müvafiq arayışlar hazırlayırlar. Həmin sənədləri əfv komissiyasının sədrinə təqdim edirlər. Bu daimi gedən bir prosesdir. Amma əfv sərəncamının nə zaman imzalanması isə Prezidentin iradəsindən asılı olan məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB