Bəzi qanunlara dəyişiklik edildi

Azərbaycanın İsveçrə Federal Şurası və Lixtenşteyn Knyazlığı ilə imzaladığı bir sıra sənədlər Milli Məclisin bu gün keçirilən iclasında ratifikasiya olunub. SİA-nın xəbərinə görə, bunlar viza sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası ilə bağlı bir neçə sənəddir.

Sənədlər səsə qoyularaq təsdiq olunub.

İclasda həmçinin bəzi qanunlara dəyişikliklə bağlı qanun layihələri də müzakirəyə çıxarılıb. Bunlar Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnizibati Xətalar Məcəlləsinə, "İcra haqqında", "Dövlət rüsumu haqqında" Elektron ticarət haqqında" "Avtomobil nəqliyyatı haqqında" qanun layihələrinə dəyişiklik edilməsi barədə qanun layihələridir

Təklif olunan dəyişikliklər də müzakirələrdən sonra səs qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə