"ASAN Viza" portalınıınn təqdimat mərasimi keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün "ASAN Viza" portalınıınn təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov, bir sıra xarici ölkərin ölkəmizdəki səfirləri iştirak ediblər.
Mərasimdə çıxış edən ASAN-ın sədri İnam Kərimov deyib ki, "ASAN Viza" portalı yanvarın 10-dan etibarən tam istifadəyə veriləcək: "Artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. "ASAN viza" sisteminin yaradılması ilə elektron vizanın alınması vahid sistemdən həyata keçiriləcək. Bu proses 3 addımdan ibarət olacaq. Elektron vizalar 3 iş günü ərzində təqdim ediləcək".
Qurum rəsmisi əlavə edib ki, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra onun vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək: "Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup (ən azı 10, ən çoxu 300 nəfər) şəklində edilməsi nəzərdə tutulur".
Agentlik sədri əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir".
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə çıxış edərək bildirib ki, Azərbaycana səfər edən turistlərin 70 faizi ölkəmiz ilə vizasız rejimdə olan ölkələrin vətəndaşlarıdır: "Vizasız rejimdə olan ölkələrdən turist axını onun göstəricisidir ki, bu rejim turistlərin sayının artırılmasına böyük təsir edir. Turizm sahəsində viza prosedurun sadələşdirilməsi olduqca vacibdir. Bu prosedur sadələşdirilildikdə digər ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınacaq".
Nazir müavini qeyd edib ki, 2016 cı ilin ötən dövrü ərzində ölkəyə gələn turistlərin sayında 11 faiz artım müşahidə olunub: "Bu il İrandan gələn turistlərin sayı 58, Rusiyadan 7.4, Qazaxıstandan 15 faizdən çox artıb".
Sonra portalın təqdimatı keçirilib.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB