“Netanyahunun Azərbaycana səfərinin nəticələri” “CƏNUBİ QAFQAZ” POLİTOLOQLAR KLUBU+VİDEO
Sputnik Azərbaycan mətbuat mərkəzində "Cənubi Qafqaz" Politoloqlar Klubunun növbəti toplantısı keçirilib. SİA xəbər verir ki, müzakirələrdə politoloq Arzu Nağıyev, Baku Network ekspertlər şurasının sədri Elxan Ələsgərov, "Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının nümayəndəsi Vahid Bayramov, eləcə də rusiyalı ekspert Pavel Klaçkov iştirak ediblər.
"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin nəticələri" mövzusuna həsr olunmuş toplantıdakı Azərbaycan və İsrail əlaqələri, eləcə də hər iki ölkə arasında mövcud olan dostluq münasibətləri, bu münasibətlərin digər ölkələrə nümunəsi barədə fikirlər bildirilib, diskussiyalar aparılıb.
"Cənubi Qafqaz" Politoloqlar Klubunun 48-ci iclasında əsas olaraq terrorçuluqla mübarizə məsələsinə toxunulub.
Politoloqlar vurğulayıblar ki, Netanyahunun səfəri Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmləndirilməsinə, eləcə də dünyada sülh və sabitliyin qorunmasına xidmət edəcək.
Read more: http://ru.sputnik.az/press_video/20161214/408083303/partneri-politologi-klub-otnosheniya.html
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB