Əs –Seyyid: “Livan da Suriyanın vəziyyətini yaşamalı olacaqdı” HİZBULLAH
Livanın "Hizbullah" partiyasının siyasi şurasının sədri İbrahim Amin Əs-Seyyid bəyan edib ki, Suriya ordusunun və müttəfiqlərinin Hələbdə əldə etdiyi üstünlük xarici qüvvələrin məğlubiyyətinin aşkar göstəricisidir. SİA-nın məlumatına görə, bu barədə Suriyanın rəsmi "sana.sy" saytı yazır. Əs-Seyyid qeyd edib ki, artıq hər kəs Suriyaya qarşı çıxan xarici qüvvələrin məğlubiyyətinə hazır olmalıdır.
O əlavə edib ki, əgər Suriya ordusu və müttəfiqləri terrorçulara və xarici təsirlərə qarşı müqavimət göstərməsəydi, bu gün Livanın da şəhər və kəndləri eyni vəziyyəti yaşamalı olacaqdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB