Politoloq: “Həmsədrlərin bəyanatları əvvəlkilərdən fərqlənmir” AÇIQLAMA

Politoloq: “Həmsədrlərin bəyanatları əvvəlkilərdən fərqlənmir” AÇIQLAMA

"Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində aparılan danışıqlar nəticəsiz olaraq qalmaqdadır. Münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasını təmin edən tərəfin Rusiya olması heç kimdə şübhə doğurmur". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbas və Luqanskda da eyni senari ilə davranır: "Lakin adı çəkilən ərazilərə Rusiya birbaşa öz adı ilə müdaxilə edibsə, Azərbaycanla bağlı məsələ bir qədər fərqlidir. Qarabağın işğalı zamanı Rusiya Ermənistan adına işğalı gerçəkləşdirsə də sonradan özünü bu işğalda iştirakını demonstrativ olaraq inkar etdi. Lakin Rusiyanın 100 faizlik hərbi dəstəyi qalmaqdadır. Azərbaycanın siyasi hakimiyyəti bu münaqişənin danışıqlar yolu ilə həllinin tapılması istiqamətində bütün çalışmalarına baxmayaraq, məsələnin həllinə yaxın hər hansı bir format tapıldıqda Rusiyanın göstərişi ilə Ermənistan danışıqları pozur və yeni formatın axtarılması bəhanəsini irəli sürür".

V.Əfəndiyev əlavə edib ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun son zamanlar aktiv şəklidə yüksək səviyyəli görüşlər keçirərək Avropa birliyi və Minsk Qrupu həmsədrləri əldə etdiyi razılaşmaların nəticəsiz qalacağı bir siyasətçi kimi məndə təəssüf hissi yaradır: "Çəkilən zəhmətin nəticəsiz qalmasını görmək çox üzücüdür. Avropa ittifaqı sözçülərinin və Minsk qrupu həmsədrlərinin bu günkü bəyanatları öncə verilən bəyanatlardan heç nə ilə fərqlənmir. Açığını deyim ki, onlar da zəhmətlərinin boşa çıxdığını görürlər. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistanın iştirak etdiyi heç bir danışıqlarda iştirak etməməlidir. Ola bilsin ki, Azərbaycanın siyasi hakimiyyəti gerçək işğalçını - Rusiyanı adı ilə çağırmağa hazır deyil. Lakin bunun bir formatı tapılmalıdır. Ermənistanla bütün danışıqlar dayandırılmalıdır. Bu danışıqları gizlin də olsa Rusiya tərəfi ilə etmək lazımdır. Lakin Rusiyanın antidemokratik hakimiyyətinin Dağlıq Qarabağdan öz xoşu ilə çəkilməsinin real olması məndə böyük şübhələr doğurur".

Bütün xəbərlər Facebook səhifəmizdə