NATO münaqişələrin sülh yolu ilə həllinə daim dəstək verəcək

NATO münaqişələrin sülh yolu ilə həllinə daim dəstək verəcək

NATO həm bu bölgədə, həm də digər regionlarda münaqişələrin sülh yolu ilə həllinə daim dəstək verəcək. SİA-nın məlumatına görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahu deyib. O bildirib ki, bu regionda əsas rolu Gürcüstan, Azərbaycan və Türkiyə oynayır: "Türkiyə, Gürcüstan və Azərbaycanla münasibətləri müsbət qiymətləndiririk. Bu ölkələrin tranzit imkanları böyükdür. Biz tranzit layihələrini dəstəkləyəcəyik". O bildirib ki, NATO-nun əlaqədələndiricisi ofisləri kimi gördüyü işlər çox mühüm əhəmiyyətə malikdir: "Bu bölgədə nəzərə çarpacaq irəliləyişlər var və tranzit bölgəyə çevrilməkdədir. Bundan əlavə, Avropa bu bölgəni daha güclü oyunçuya çevirməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə