Azərbaycanla əməkdaşlığımız güclü şəkildə davam edir NATO rəsmisi

Azərbaycanla əməkdaşlığımız güclü şəkildə davam edir NATO rəsmisi

Gələn il NATO ilə Azərbaycan arasında əməkdaşlıq həmişəki qaydada davam edəcək". Bunu SİA-ya açıqlamasında NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahu deyib.

O bildirib ki, əvvəlki illərdə həyata keçirilən işlər davam etdiriləcək: "Fərdi Tərəfdaşlıq Proqramı və digər əməkdaşlıq formatları nəzərdə tutulur. Azərbaycan uzun illərdir bu işlərdə aktiv olub və Əfqanıstanda sülhyaratma əməliyyatlarına dəstəyini davam etməkdədir. Digər əməkdaşlıq forumları da davam edir. Məsələn, 9 azərbaycanlı zabit Alyansın baş qərərgahında xidmət edir. Azərbaycanla əməkdaşlığımız güclü və dərin şəkildə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə