Bu gün ADA Universitetində Rumıniya səfirliyi ilə birgə "Regional təhlükəsizliyin əsas çağrışları: Qara dəniz Xəzər dənizi sahilləri" mövzusunda tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Yan İanku bildirib ki, bu ay Rumıniyanın NATO-nun əlaqələndirici səfirliyi kimi müddəti başa çatır. Rumıniya 4 dəfə əlaqələndirici dövlət olub və Alyansla Azərbaycan arasında əlaqələrin inkişafı üçün əliindən gələni edib: "Ötən 8 il ərzində əməkdaşlığn inkişafı üçün xeyli iş görülüb. Əfqanıstanda sülhyaratma prosesinə, tranzitdə Azərbaycanın töhfəsi yüksək qiymətləndirilir. Azərbaycan Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına və digər mühüm proqramlara qoşulub. Ölkənin enerji təhlükəsizliyində aktuallığı getdikcə artır".
Diplomat deyib ki, Rumıniyanın əlaqələndirici kimi fəaliyyəti başa çatır və bu missiyanı həyata keçirəcək Macarlstana əlimizdən gələn dəstəyi verəcəyik.
Macarıstan səfiri İmte Laslotski isə bildirib ki, NATO-nun əlaqələndiricisi olmaqdan çox məmnunuq: "Azərbaycanla əlaqələrimiz yüksək səviyyədədir. Rumıniya səfirliyi 8 il bu mandatı uğurla həyata keçirib. Gələcəkdə Azərbaycanla Alyans arasında münasibətlərə öz töhfəmizi verəcəyik. Azərbaycan etibarlı tərəfdaşdır. Macarıstan ərazilərin minalardan təmizlənməsinə böyük dəstək göstərir Macarıstan bununla bağlı Azərbaycana 100 min avro dəstəyini verəcək".

Pərvanə Sultanova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB