"Münaqişələrin hərbi yolla həlli mümkün deyil" XİN rəhbəri

"Münaqişələrin hərbi yolla həlli mümkün deyil" XİN rəhbəri

Dağlıq Qarabağ münaqişəsinə gərginlik daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb. SİA-nın məlumatına görə, bunu Avstriya xarici işlər naziri Sebastian Kurts Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, münaqişələri hərbi yolla həll etmək mümkün deyil və ATƏT münaqişələrin nizamlanmasında mühüm rol oynayır. XİN rəhbəri ATƏT çərçivəsində etimadın möhkəmləndirilməsinin də vacibliyini vurğulayıb.

Xatırladaq ki, Avstriya gələn ildən ATƏT-ə sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə