"Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilir YENİLƏNİR

"Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilir YENİLƏNİR

Bu gün Qafqaz Müsəlmanları İdarəsi ("QMİ) Elmi-Dini Şurasının qərarı ilə nəşr olunan "Şeyxülislamlığın tarixi" kitabının təqdimatı keçirilir. SİA-nın məlumatına görə, təqdimatda QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, alimlər, din xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Allahşükür Paşazadə bildirib ki, Azərbaycan tarixində ilk dəfədir belə bir kitab hazırlanır: "Mən öz həyatımda, fəliyyətimdə cümhuriyyət dövrünün şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadədən çox şey öyrənmişəm və onu fəaliyyətimdə tətbiq etmişəm. Axunda Ağa həm cümhuriyyət dövrünün, həm də sovet dövrünün şeyxülislamı olub. Mən də həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıyam. Şeyxülislamlar Azərbaycan tarixində milli şüurun inkişafında, Azərbaycan dövlətçiliyinin yaranmasında böyük işlər görüblər".

Qeyd edək ki, nəşrin müəlifləri professor Anar İsgəndərov və iranlı alim Adil Mövlayidir. Kitabın elmi redaktoru QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, rəyçilər akademik Yaqub Mahmudov, akademik Teymur Bünyadov, dosent, QMİ-nin sədr müavini Qəmərxanım Cavadlıdır. Nəşrdə şeyxülislamlıq, şeyxülislam titulunun sahələri və mərhələləri, şeyxülislam titulunun vəzifəyə çevrilməsi, vəzifə və funkisiyaları, Səfəvi imperiyasında şeyxülislamlıq, Qafqazın şeyxülislamlarının həyat və fəaliyyətindən bəhs olunur və əhatəli məlumatlar verilir. Kitabda həmçinin şeyxülislamlıqla əlaqədar dəyərli əlyazmaların fotoları da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə