"Rusiyanın addımlarında qeyri-müəyyənlik var" ŞƏRH

"Rusiyanın addımlarında qeyri-müəyyənlik var" ŞƏRH

"Hazırda Azərbaycanla Rusiya münasibətlərində müəyyən çatışmazlıqlar olsa da, ölkələr arasında qarşıdurma yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, hər iki dövlətin öz maraqları var: "Lakin Rusiya həmsədr ölkə kimi sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, çox təəssüf ki, əməldə bunu həyata keçirmir. Bizim Rusiyadan gözləntilərimizlə qonşu ölkənin addımlarında qeyri-müəyyənlik, ikilistandartlıq var. Bu mənada ölkələr arasında bəzi çətinliklərin olduğunu söyləmək olar. Xüsusilə də son zamanlar Rusiyanın Ermənistanla birgə qoşun yaratmaq istəyi anlaşılan deyil. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir dövlətin işğalçı ölkə ilə belə münasibəti haqlı olaraq ölkəmiz tərəfindən birmənalı qarşılanmır. Bu baxımdan arzu edirik ki, Rusiya həmsədr ölkə olaraq bu məsələlərdə Azərbaycanın dövlət maraqlarının əleyhinə çıxış etməyəcək və hər hansı bir addım atmayacaq. Çünki Rusiya ilə Azərbaycan strateji müttəfiq ölkədir. Bununla yanaşı qonşu ölkədə ən böyük diaspora məhz Azərbaycan diasporasıdı, eyni zamanda ölkələrimiz həmsərhəd dövlət olaraq uzun illərdir ki yaxşı qonşuluq münasibətlərində yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə