“Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik” XİN rəhbəri
Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkə parlamenti bu mövqeyi bir daha təsdiq edib. SİA-nın məlumatına görə, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bosniya və Herseqovina Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır: "Ölkəmiz Azərbaycan investisiyaları üçün açıqdır. Ölkəsinin enerji sahəsinə böyük maraq göstərdiyini deyən İ.Çrnadak əlavə edib ki, Bosniya və Herseqovina islahatlar həyata keçirir: "Ölkəmizi sərmayə üçün cəlbedici etmək istəyirik. Azərbaycan artıq investisiya yatırır, lakin bunun həcmini artırmaq istəyirik. Gələcəkdə biznes-forum da keçirmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB